Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır

0

  •      İqtisadi və siyasi gücünü günbəgün artıran Azərbaycan özünün çağdaş görüntüsü ilə dünyanın diqqət mərkəzindədir. Vətən müharibəsinə qədər bir çox ölkələr ölkəmizlə o qədər də maraqlanmır, bizə öz torpaqlarını düşmən işğalından azad etmək iqtidarında olmayan, təbii sərvətlərlə zəngin olmasına baxmayaraq, "zəif" bir ölkə kimi yuxarıdan aşağı baxırdılar. Ölkəmiz üçün əsas prioritet məsələ işğal olunmuş torpaqlarımızın azad edilməsi olduğu üçün, digər sahələrdə inkişaf bir az ləng gedirdi. Bunu bəzi ölkələrdə başa düşmürdülər və ya anlamaq istəmirdilər. Azərbaycan rəhbərliyi isə daim bu haqda düşünür, müdafiə xərclərini artırır, müasir silahlar almaqla güclü ordu yaradır, paralel olaraq torpaqların sülh yolu ilə azad edilməsi üçün çox böyük səylər göstərirdi. Ermənistan isə özünü qalib və "məğlubedilməz" bir ölkə kimi göstərir, hər addımda sülh danışıqlarını pozur, bir sözlə dünyanın gözü qarşısında ərköyünlük nümayiş etdirirdi. Təəssüflər olsun ki, dünya birliyi ermənilərin bu hərəkətləri qarşısında hər - hansı bir təsirli tədbir görmür, münaqişəni olduğu kimi dondurmağa çalışırdı. Bəzi ölkələr isə Ermənistanın işğalçılıq siyasətinə örtülü də olsa haqq qazandırmağa çalışırdılar.​ ​ ​ ​ ​ ​ ​ ​         
    Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qədər ədalətsizliyə rəğmən bütün görüşlərdə təmkinlə sülhə sadiq olduğunu nümayiş etdirir və bu problemin həlli ilə məşğul olmalı olan siyasətçilərə siyasi əxlaq dərsi keçirdi. Ölkə Başçısı çox gözəl bilirdi ki, əgər danışıqlar yolu ilə sülhə nail olunmasa, sonda bu işi sülhə məcbur etmə yolu ilə həll etməli olacaqdır. Azərbaycan Respublikasının Prezident nəyin, nə zaman baş verəcəyini gözəl bildiyi üçün, dünyanın böyük güclərinin "Qarabağ probleminin müharibə yolu ilə həlli yoxdur" bəyanatlarına qarşı 44 günlük müharbədə zəfər çalaraq öz torpaqlarını düşməndən azad edib ərazi bütövlüyünü təmin etdi və həmin güclərə sübut etdi ki, problemin hərbi - siyasi yolla da həlli mümkündür. Ölkə Başçısı İlham Əliyevin bu cəsarəti dünya birliyi tərəfindən heyrət və rəğbətlə qarşılandı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İndi dünya ölkələri ölkəmizlə siyasi və iqtisadi əlaqələr qurmağa və ya bu əlaqələri şaxələndirməyə, möhkəmləndirməyə can atırlar. 25 aprel 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın paytaxtı Moskva şəhərinə növbəti səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətli səfər idi. Azərbaycan Prezidenti Moskvaya Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə "Ali Avrasiya İqtisadi Şurasının" toplantısında qonaq qismində iştirak etmək üçün gəlmişdi. Azərbaycan Prezidenti hal - hazırda ölkədə aparılan quruculuq işləri, qonşu dövlətlərlə ölkəmiz arasındakı münasibətlər, Cənubi Qafqazda dayanıqlı sülhün bərpa olunması yönündə görülən işlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı. Eyni zamanda "10​ noyabr bəyanatında" nəzərdə tutulmuş bəndlərin yerinə yetililməsi vəziyyəti barədə də Ölkə Başçısı toplantı iştirakçılarına məlumat verdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Səfərin ən əhəmiyyətli hissəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın absurd iddialarına qarşı tutarlı dəlillər göstərib onu susdurması oldu. Nikol Paşinyanın Laçın yolunun koridor olması, guya burada Azərbaycanın Nəzarət Buraxılış məntəqəsi qurmasının üçtərəfli bəyanatda öz əksini tapmadığını, bəzi məqamlarda ölkəmizi ittiham etməyə çalışmasına qarşı Azərbaycan Prezidenti İlham Əliyev tutarlı arqumentlərlə cavab verdi. O qeyd etdi ki, Azərbaycanın suveren dövlət kimi öz sərhədlərində Nəzarət Buraxılış məntəqəsi qurması onun legitim hüququdur. Qarabağdan Ermənistana gedən və ya gələn Azərbaycanın erməni əsilli vətəndaşları maneəsiz bu məntəqədən keçirlər. Siz bircə epizod göstərin ki, oradan keçən hər - hansı bir vətəndaşın və ya hansı isı bir humanitar yükün keçməsinə Azərbaycan tərəfi əngəl törədib. Əlbəttə, göstərə bilməzsiniz.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Görüş zamanı maraqlı məqamlardan biri də o, oldu ki, Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, üçtərəfli bəyanatda nəyin yazılıb - yazılmamasından asılı olmayaraq ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Paşinyan özü də etiraf etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Belə demək mümkünsə ermənilərin xəyalları yenə də suya düşdü. Qürurverici haldır ki, bir zamanlar Azərbaycandan daha çox ərazi qoparmaq niyyətində olan Ermənistan, indi əllərində olan, tarixən məskunlaşdıqları qədim Azərbaycan torpaqlarını da itirəcəyindən qorxur. Azərbaycanı onlara qarşı ərazi iddiaları irəli sürmələri barədə ittiham etməyə çalışır. Artıq bu Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir.​ ​ ​ ​
    Zərifə Bilalova,
    Xocalı rayon sakini ​ ​ ​ ​
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaQəzet
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib50 dəfə
    tarixi zəfərimizdən sonra azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır

    Maraqlı gələ bilər
    197
    44
    46
    11